Bakıda sabiq məhkum stüardessa işləyən keçmiş həyat yoldaşının üzünə kimyəvi məhlul atıb

Bakıda yerləşən hərbi şəhərcikdə ağır cinayət hadisəsi törədilib.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Binə qəsəbəsindəki hərbi şəhərcikdəki, 53 nömrəli evdə qeydə alınıb. Orada yaşayan, əvvəllər məhkum olunmuş, 1963-cü il təvəllüdlü Əbdülrəhmanov Fərhad Ramiz oğlu münaqişə zəminində keçmiş həyat yoldaşı, 1972-ci il təvəllüdlü Alfiyyənin sifət nahiyəsinə kimyəvi məhlul atıb. Nəticədə Alfiyyə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən F. Əbdülrəhmanov isə tutulub.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı xəsarət alan qadın stüardessadır.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri