Dünya Bankı koronavirusun yayıldığı ölkələrə maddi yardım ayırıb


Dünya Bankı (WB) yeni tip koronavirus COVID-19 epidemiyasının tibbi və iqtisadi təsirlərini aradan qaldırmaq üçün dünya ölkələrinə yardım etmək üçün, təxminən, 12 milyard ABŞ dolları maddi yardım paketi ayırdığını açıqlayıb.

LİVE.az-ın məlumatına görə, bu barədə report xarici mətbuata istinadən xəbər verir ki, maddi yardım paketi əsasən koronavirusun yayıldığı dünyanın 60-dan çox ölkəsinə ayrılacaq.

Məlumata görə, maliyyələşdirmə paketi çərçivəsində Beynəlxalq İnkişaf Assosiasiyası (İDA), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (İBRD), kiçik və orta gəlirli ölkələrə aşağı faizli kredit verən qrupun özəl sektordakı qurumu - Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) lazımi dəstək təklif edəcəyi bildirilib.

“COVID-19 epidemiyası ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına uyğun olaraq sürətli və çevik həllər, həmçinin təcili maliyyələşdirmə, siyasi tövsiyələr və texniki yardımlar üçün çalışırıq”, - Dünya Bankının prezidenti David Malpass bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri