"Bu şəhərdə”nin konsertləri koronavirusa görə təxirə salınıb



"Bu şəhərdə”nin konsertləri koronavirusa görə təxirə salınıb.

LİVE.az-ın məlumatına görə, bu barədə "Bu şəhərdə” kollektivi sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, mart ayı üçün nəzərdə tutulan konsertlər mayın son günlərində keçiriləcək.

“Bu Şəhərdə” "Canavar" konsertinin tarixləri aşağıdakı tarixlərə keçirildi:

• 4 mart - 28 may
• 5 mart - 29 may
• 6 mart - 30 may
• 7 mart - 31 may

⠀⠀8 mart tarixində baş tutması gözlənilən konsert ləğv olundu, lakin yeni tarixlərdən birinə dəyişmək imkanı var.
⠀⠀Qeyd edək ki, öncə 4-7 mart tarixlərinə əldə etdiyiniz biletlər, müvafiq olaraq 28-31 may tarixlərində də keçərlidir.

8 mart tarixinə olan biletləri aşağıdakı kassalarda qaytara bilərsiniz:

• Akademik Opera və Balet teatrı;
• Heydər Əliyev Sarayı;
• Bülbül və Lev Tolstoy küçələrinin kəsişməsində yerləşən kassa.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri