Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçirilir



Çıxışlardan sonra hakimlər müşavirəyə yollanıb.

Bu barədə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasından iştirak edən "Report"un əməkdaşı xəbər verir.

Müşavirədən sonra seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin yekun qərarı elan olunacaq.

///

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.

“Report” xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri