Azərbaycanlıların ən çox hansı ölkə vətəndaşları ilə ailə qurduqları açıqlandı



2019-cu ildə Azərbaycan vətəndaşlarının hansı ölkə vətəndaşları ilə ailə qurduqları məlum olub.

Ədliyyə Nazirliyindən report-a bildirilib ki, ötən il Azərbaycan vətəndaşı olan qadınlar əsasən Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya, Türkiyə, Gürcüstan, İran, Ukrayna vətəndaşları ilə nikaha daxil olublar.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycan Respublikasının vətəndaşları (1 160 qadın, 1 110 isə kişi) ilə əcnəbilər və vətəndaşlığı olmayanlarla 2 270 nikah bağlanıb, habelə 187 nikahın pozulması qeydə alınıb.

Məlumat üçün bildirək ki, 2019-cu ildə Azərbaycanda 63 724 nikah, 17 301 isə nikahın pozulması dövlət qeydiyyatına alınıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri