Qızılın qiyməti 1 700 dollara yaxınlaşdı
- 06.03.2020, 18:21,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünyanın əmtəə birjalarında qızılın 1 unsiyasının qiyməti 7 illik maksimumu yeniləyərək 1 690 ABŞ dollarına çatıb.
LİVE.az xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən günün yekunu ilə müqayisədə 1,1% çoxdur.
Qiymətli metalın bahalaşmasına səbəb kimi koronavirusun yayılması fonunda investorların “Təhlükəsiz liman” axtarışında olması və qızıla yönəlməsi göstərilir.
Qızılın bahalaşmasına paralel olaraq səhm və istiqraz bazarında qiymətlər sürətlə azalmaqdadır. Söhbət əsasən qlobal şirkətlərin səhmlərindən və ABŞ-ın dövlət istiqrazlarından gedir.