ÜST Azərbaycan xalqına və hökumətinə təşəkkür edib




Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Ghebreyesus Azərbaycan xalqına və hökumətinə təşəkkür edib.

 T.A.Ghebreyesus rəsmi "Twitter" səhifəsində bununla bağlı paylaşım edib.

“Azərbaycan xalqına və hökumətinə COVID-19-a (koronavirus) qarşı qlobal reaksiyanın tərkib hissəsi olaraq maliyyə dəstəyinə görə çox təşəkkür edirəm. ÜST sizin həmrəyliyinizi yüksək qiymətləndirir. Daha təhlükəsiz dünya üçün birlikdə!”, - deyə paylaşımda qeyd edilib.

Əlavə edək ki, Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.


Trend 
Şərhlər
Dünya bölməsinin xəbərləri