Azərbaycanda ödənişli yolların yaradılması məqsədilə Türkiyə təcrübəsi öyrənilir
- 10.03.2020, 11:49,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Azərbaycanla nəqliyyat infrastrukturu ilə bağlı əməkdaşlıq edəcək.
LİVE.az-ın məlumatına görə, bu barədə Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktura Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, əməkdaşlıq çərçivəsində Azərbaycanda ödənişli avtomobil yollarının və müasir ödəniş sisteminin yaradılması məqsədilə Türkiyə təcrübəsinin öyrənilməsi nəzərdə tutulur.
“Bütün bunlarla yanaşı, əməkdaşlıq çərçivəsində yol tikintisi layihələrində investisiyaların yatırılması da nəzərdə tutulur”, - deyə nazirlikdən bildiriblər.
Qeyd olunub ki, adı gedən sahə üzrə əməkdaşlıq 2020-2025-ci illəri əhatə edəcək.
Nazirlikdən o da qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında hava, quru, dəniz və dəmir yolu nəqliyyatına dair əvvəllər imzalanan sazişlərin müddəalarını saxlamaqla, sadalanan mövzularda əməkdaşlığı daha da inkişaf etdirmək nəzərdə tutulur.