Dövlət Departamenti: ABŞ şirkətləri Azərbaycanda bərpa olunan enerjiyə investisiya qoya bilər



Amerika şirkətləri bərpa olunan enerji sektorunda cəlbedici investisiya mühiti təmin edərkən Azərbaycanın bu sektoruna sərmayə qoya və bu sahədəki təcrübələrini bölüşə bilərlər.

LİVE.az-ın məlumatına görə, bunu Trend-ə ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun enerji diplomatiyası üzrə eksperti Natan Rayx deyib.

O qeyd edib ki, Amerika Birləşmiş Ştatları və Azərbaycan hökumətləri sıx əlaqələrə malikdir:

"Təxminən otuz il ərzində bir sıra vacib siyasi, iqtisadi, təhlükəsizlik, sosial və humanitar məsələlərdə uğurla çalışmışıq və ümid edirəm ki, bu əməkdaşlığı uzun illər davam etdirəcəyik. Enerji sahəsində iki məsələni qeyd edərdim. Birincisi, Xəzərin neft və qaz potensialının inkişafı davam edir. Mövcud Bakı-Tbilisi-Ceyhan boru kəməri və demək olar ki, tamamlanmış "Cənub Qaz Dəhlizi" sayəsində Azərbaycan və digər ölkələr Avropa və dünya enerji bazarlarında uğur qazandılar".

N.Reyx qeyd edib ki, aparıcı beynəlxalq neft-qaz şirkətləri Xəzərin Azərbaycan hissəsindəki yeni yataqları kəşf etməyə və işlətməyə davam edirlər, çünki ölkə cəlbedici investisiya şərtləri təklif edir:

"Bu, Azərbaycanın on illər boyu qurduğu nüfuzdur və xarici sərmayələr davam edəcək. ABŞ hökuməti bunu dəstəkləyir və Azərbaycanın neft və qaz sahəsində ən yaxşı təcrübələrə sadiqliyini görür".

N.Reyx ABŞ-ın Azərbaycanın Xəzər qonşusu olan Türkmənistanın da bu ixrac yollarından faydalanmasının əhəmiyyətini söylədi:

"Türkmənistan çoxsaylı kondensat və təbii qaz ehtiyatlarına malikdir. Şirkətlər onları inkişaf etdirmək və ixrac etmək istəyirlər. Azərbaycan, Gürcüstan, Türkiyə və bəlkə də Avropa Türkmənistandan təbii qaz istehlak edə bilər. Bu, Türkmənistanın ixrac bazarlarının şaxələndirilməsinə imkan verir, həmçinin ölkədə təbii qazın yanmasını azaldır və iqtisadi artımı sabitləşdirmək üçün ölkəni uzunmüddətli gəlir mənbəyi ilə təmin edə bilir".

İkinci məqam Azərbaycanda bərpa olunan enerjinin, xüsusilə külək və günəş enerjisinin potensialı ilə əlaqədardır:

"Yaxın illərdə Azərbaycanda enerjiyə tələbatın artacağı ehtimal olunur və orada bərpa olunan enerji mənbələri sahəsi daha cəlbedici olacaq. Bərpa olunan enerji mənbələri Azərbaycana əlverişli qiymətlərlə kömək edə bilər və artan enerji tələbatını ardıcıllıqla ödəyə bilər. Amerika şirkətləri isə Azərbaycanda bu sektorda cəlbedici investisiya mühiti yarada bilərlər".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri