Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı
- 12.03.2020, 21:23,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilən İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib.