Əmanətlərin tam sığortalanması müddətinin uzadılması barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib
- 13.03.2020, 13:06,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Milli Məclisin plenar iclasında "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin 9 ay, bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur.
“Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədə olma müddəti başa çatıb.
Xatırladaq ki, 2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanıb və tam kompensasiya olunub. 4 mart 2016-cı ildə “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə mindikdən sonra banklarda qəbul edilən tam sığortalanmasına (əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla) başlanıb. Beləliklə, qanuna əsasən, 4 Mart 2016-cı il - 4 Mart 2019-cu il tarixlərində yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalı olub. Bu müddət bu il martın 4-dək uzadılıb. Xatırladaq ki, qanuna əsasən, sığorta olunmuş əmanətlər bank müflis olduğu halda kompensasiya edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.