Azərbaycandakı banklar son 4 gündə 1 mlrd. dollara yaxın vəsait alıb


Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirilmiş valyuta hərracındakı tələb ötən gün keçirilmiş hərracın tələbi ilə müqayisədə 44,4 mln. ABŞ dollar və ya 16,7% artaraq 265,2 mln. dollar təşkil edib. Ötən gün bankların valyutaya olan tələbi 220,8 mln. dollar olub.

AMB-dən APA-ya verilən məlumata görə, hərrac zamanı həmçinin bankların nağd valyutaya olan tələbləri də tam təmin olunub.

Qeyd edək ki, bu göstərici martın 11-də keçirilmiş valyuta hərracında formalaşmış tələbdən 71,1% çox olub.

Ümumiyyətlə, son dörd gün ərzində AMB banklara 964,2 mln. dollar dəyərində valyuta satıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri