Mənsur Həqiqətpur: «Ərdoğan hökuməti bölgədəki nüfuzunu itirib»
- 28.07.2013, 00:15,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur Türkiyə hökumətinin Suriya siyasətini tənqid edib.
APA-nın İran parlamentinin rəsmi veb-səhifəsinə (ICANA) istinadən məlumatına görə, M.Həqiqətpur rəsmi Ankaranı Suriya müxalifətini silahla təmin etmək və hərbi təlim keçməkdə günahlandırıb.
İran parlamentinin azərbaycanlı deputatı həmçinin Türkiyədə son günlərdə keçirilmiş etiraz aksiyalarına da toxunub: «Rəcəb Tayyib Ərdoğan hökumətinin xarici siyasəti son zamanlarda türk xalqını qəzəbləndirməyə başlayıb. Bu gün rəsmi Ankara Suriyaya qarşı düşməncəsinə rəftarının əvəzini ödəyir».
M.Həqiqətpur Türkiyə hökumətinin bölgədə nüfuzunun qalmadığını da vurğulayıb: «Ərdoğan hökuməti İslam dünyasının güclü bir qütbü halına gəlməkdə idi. Lakin Suriyadakı müxalifləri dəstəkləməklə və ölkə daxilindəki xalq üsyanı yatırmaqla bölgədəki nüfuzunu itirdi».