Azərbaycanda tikinti materialları bahalaşıb
- 26.04.2013, 00:01,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərinin tikinti materialları bazarında fevral ayından başlayan qiymət artımı martda davam edib.
Live.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin martda paytaxtın inşaat materialları bazarında apardığı növbəti araşdırma nəticəstində məlum olub.
Araşdırma Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 37 adda 87 növdə tikinti materialı üzrə aparılıb. «Bu ilin fevral ayından başlayan qiymət artımı martda da davam edib. Qiymət artımı ilə yanaşı, ay ərzində mövsümi amillərlə əlaqədar olaraq aktivlik də yüksəlib», - deyə təşkilatın məlumatda bildirilir.
Ötən ay daha çox - 11 adda, 23 növdə tikinti materialı üzrə qiymətlərdə artım olub. Bahalaşma əsasən mişar daşı (11,9%), taxta (0,22%) və kafel-metlax (0,5%) materiallarında özünü büruzə verib. Birliyin ekspertlərinin qənaətinə görə, mövsümi amillərlə yanaşı, qiymət artımına paytaxt və regionlarda baş verən tikinti-quruculuq prosesinin sürətli mərhələyə qədəm qoyması, bir çox tikinti şirkətlərində tamamlama işlərinin sürətlənməsi səbəb kimi qeyd edilə bilər. Qiymət azalması isə yalnız idxal olunan dəmir məmulatlarında müşahidə edilib. Nəticədə, fevrala nisbətən ümumi tikinti portfelində 0,22% qiymət artımı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlər 1,8% azalıb.
Araşdırılan məhsullar üzrə Azərbaycanda istehsal olunan məhsulların bazardakı həcmi, əvvəlki ayla müqayisədə idxal məhsullarını 1,16 faiz bəndi üstələyərək 53,7% olub.