Ağacın başında çay süfrəsi (VİDEO)

Masallının Xanalion kəndində qeyri-adi çayxana var. İlk baxışda digərlərindən fərqlənməyən çayxananı qeyri-adi edən 35 m hündürlükdəki ağacın başında müştəriyə çay dəstgahının təqdim olunmasıdır. Burada müştəriyə çay xüsusi kanat vasitəsilə çatdırılır.

Amma bu çayxanada çay içmək arzusunu ancaq adrenalin həvəskarları reallaşdıra bilir. Çayxanaya qalxmağı ekstremal idman növü də adlandırmaq olar.


http://youtu.be/AqEplLz88ss
Şərhlər
Maraqlı bölməsinin xəbərləri