Təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ildə mümkün keçirilmə tarixi müəyyənləşib.
LIVE.az report-a istinadla verdiyi məlumata görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Koordinasiya Komissiyasının rəhbəri Con Kouts "Reuters"ə açıqlama verib. O bildirib ki, hazırda gələn ilin iyul - avqustunda "pəncərə"nin yaradılması istiqamətində beynəlxalq idman federasiyaları ilə iş aparılır. Koutsun fikrincə, olimpiada tennis üzrə iyulun ortalarında başa çatacaq Uimbldon və avqustun sonlarında başlanacaq US Open arasındakı dövrdə təşkil olunmalıdır.
O, əlavə edib ki, cədvəl su idman növləri (16 iyul - 1 avqust) və atletika üzrə dünya çempionatı (6 - 15 avqust) ilə toqquşmadan qaça bilib-bilmələrindən asılı olacaq. Daha öncə hər iki növ üzrə beynəlxalq federasiyalar çempionat vaxtını dəyişməyə hazır olduqlarını bildiriblər.
IOC rəsmisi Oyunların tarixini yaxın 4 həftə ərzində təsdiqləmək istədiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, Tokio-2020 koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.
///
2020-03-24 17:12
Tokio olimpiadası təxirə salındı - RƏSMİBeynəlxalq Olimpiya Komitəsi Tokio Yay Olimpiya Oyunlarını 2021-ci ilə təxirə salıb.
LIVE.az IOC-un rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb koronavirus infeksiyasıdır.
Qeyd edək ki, Yaponiya paytaxtında olimpiada bu il 24 iyul - 9 avqustda keçirilməli idi.
///
2020-03-22 15:03
Tokio-2020: Təxirəsalınma üçün 3 variant müzakirə olunmağa başlayıbTokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışın təxirə salınması variantlarını müzakirə etməyə başlayıb.
LIVE.az məlumat verir ki, APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bir müddət əvvələdək təxirə salınmaq barədə düşünməyən təşkilatçılar koronavirus pandemiyasının sürətlə yayılmasına görə fikrindən daşınıblar.
Komitə üzvlərinə B, C, hətta D variantlarını modelini qurmaq tapşırığı verilib. Bunlar yarışın 2021 və ya 2022-ci ilə keçirilməsidir. Lakin Təşkilat Komitəsinin ən nikbin üzvləri Olimpiadanın 30-45 gün gecikmə ilə başlaması variantının üzərində dayanıb.
Tokio-2020 ilə bağlı yekun qərarı Beynəlxalq Olimpiya Komitəsi verməlidir. Lakin Yaponiyanın mövqeyi də böyük əhəmiyyət daşıyacaq.
Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.