Vobay Neftçidən gedib

Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Neftçi”nin aparıcı futbolçularından olan Julius Vobayın komandadan ayrılıb. Azerisport xəbər verir ki, Syerra Leone yığmasının üzvü Səudiyyə Ərəbistanının “Al Şabab” klubunda çıxış edəcək.

Qeyd edək ki, ərəblər Vobayı transfer hüququ ilə birgə almaqda maraqlı imişlər. Lakin “Neftçi” rəhbərliyi futbolçunu tam satmaqda maraqlı olmayıb. Əldə etdiyimiz məlumata görə, Vobayın ərəb klubuna göndərilməsi futbolçu ilə klub rəhbərliyi arasında hansısa problemdən xəbər vermir. Sadəcə, “Al Şabab” Azərbaycan çempionuna çox yaxşı şərtlər irəli sürdüyündən, Vobayın icarəyə verilməsi qərara alınıb. Yarımmüdafiəçi1 il icarə əsasında bu komandada oynayacaq.

Qeyd edək ki, Vobay “Neftçi”yə ötən mövsümün əvvəlində keçmiş və 31 oyunda 8 qola imza atmışdı. Mövsümün sonunda müqaviləsi başa çatan futbolçu bir müddət komandadan ayrı düşsə də, onunla yeni və 2 illik müqavilə imzalanmışdı.
Şərhlər
İdman bölməsinin xəbərləri