“Avroviziya” təşkilatçıları gələn illə bağlı yeni tələb irəli sürdülər
- 22.03.2020, 19:55,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Avroviziya"nın təşkilatçıları ifaçılardan gələn il keçiriləcək musiqi yarışmasına yeni mahnı hazırlamağı tələb edib.
Bu barədə qurumun rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Bildirilir ki, musiqi yarışmasının qaydalarına uyğun olaraq bu ilin mahnıları 2021-ci ildə iştiraka buraxılmayacaq. Gələn il keçiriləcək "çempionat"a yeni və ya bu il artıq namizədliyi təsdiqlənmiş iştirakçıların göndəriləcəyinə milli yayım qurumları müstəqil surətdə qərar verməlidirlər.
"Avroviziya-2020"nin ləğv edildiyi martın 18-də günorta elan olunub. Tədbirin təşkilatçısı olan Avropa Yayım Birliyi yarışmanın koronavirus pandemiyası ilə əlaqədar dayandırıldığını bildirmişdi.