Misirdə toqquşmalar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb

Misirdə polislə nümayişçilərin toqquşmaları nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb, 792 nəfər xəsarət alıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Qarşıdurmalar paytaxtda və ölkənin müxtəlif əyalətlərində cümə axşamından şənbə gününə və şənbə gününün səhəri baş verib.

Misirin təcili yardım xidmətinin baş həkimi Xaled əl-Xatıb bildirib ki, Qahirənin Rabia əl-Ədaviya rayonunda hal-hazırda 72 nəfər həlak olub, 292 nəfər xəsarət alıb. Daha 8 nəfər İsgəndəriyyədə qarşıdurmalar nəticəsində həlak olub, 194 nəfər isə yaralanıb.

Əl-Xatıbın bildirdiyinə görə, indiyənə kimi xəstəxanalardan 350 nəfər buraxılıb.

Həkim həmçinin qeyd edib ki, gün ərzində ölənlərin və gecə hadisələrində xəsarət alanların sayı artıb, çünki səhiyyə nazirliyi müxtəlif xəstəxanalardan daim yeni məlumatlar alıb.

Misirin daxili işlər nazirliyi insanların həlak olması ilə əlaqədar bütün məsuliyyəti islam hərəkatlarının üzərinə qoyub.
Şərhlər
Dünya bölməsinin xəbərləri