Bastian Şvaynştayger ilin futbolçusu oldu
- 28.07.2013, 20:43,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniyanın "Bavariya" futbol klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger ölkədə ilin futbolçusu seçilib.
Trend-in məlumatına görə, "Kicker" dərgisinin hər il təşkil etdiyi ilin futbolçusu seçimlərində birinci olan Şvaynştaygeri eyni komandadan Frank Riberi ikinci, Tomas Müller isə üçüncü sıradan təqib edir.
Ən yaxşı məşqçi adı da münhenlilərə məxsusdur. Belə ki, Bundesliqa və UEFA Çempionlar Liqasının qalibi olan və Almaniya kubokunu qazanan Yup Heynkes ilin baş məşqçisi seçilib.
Şvaynştayger ilin futbolçusu seçilməsinin özü üçün sürpriz olduğunu bildirərək bundan məmnun olduğunu deyib.