Göyçay sakini qohumunu qətlə yetirib

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə iyulun 28-də gecə rayonun Xəlitli kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Müşfiq Mehman oğlu atasının əmisi nəvəsi, 1986-cı il təvəllüdlü Həmidov Amid Pünhan oğlunu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bıçaqlayıb. Hadisə kəndin kənarındakı yeməkxanalardan birində qeydə alınıb.

Sərxoş vəziyyətdə olan Müşfiq Məmmədov Amid Həmidovun ürək və qarın nahiyəsinə bıçaqla xəsarətlər yetirib. A. Həmidov hadisə yerində dünyasını dəyişib.

M. Məmmədov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri