Əhməd Davudoğlu Moqadişodakı terror aktı ilə əlaqədar BMT-nin baş katibi və ABŞ-ın dövlət katibi ilə telefon danışığı aparıb
- 29.07.2013, 01:31,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Misir, Suriya və Somalidəki son hadisələrlə əlaqədar telefon diplomatiyasını davam etdirir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Davudoğlu bu gün BMT-nin baş katibi Pan Gi Munla, ABŞ-ın dövlət katibi Con Kerrilə və Somalinin dövlət başçısı Hasan Şeyx Mahmud ilə danışıqlar aparıb.
Məlumata görə, xarici işlər naziri Pan və Kerri ilə apardığı danışıqlarda Misirdə və Suriyada baş verən hadisələrlə əlaqədar Türkiyənin ata biləcəyi addımları diqqətə çatdırıb.
Eyni zamanda, telefon danışığı zamanı Davudoğlu Somalinin paytaxtı Moqadişoda Türkiyənin səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib.
BMT-nin baş katibi və ABŞ-ın dövlət katibi də öz növbəsində hadisə ilə bağlı üzüntülərini dilə gətirib və həlak olan mühafizəçinin ailəsinə başsağlığı veriblər.
Qeyd edək ki, Davudoğlunun AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə yüksək çinli rəsmisi Ketrin Eştonla danışması haqqında da məlumatlar var.