BP enerji resurslarına dünya tələbatının 3 dəfəyə qədər artacağını proqnozlaşdırır

BP enerji resurslarına dünya tələbatının 3 dəfəyə qədər artacağını proqnozlaşdırır BP 2030-cu ilə qədər enerji resurslarına olan dünya tələbatının 36 faizədək artacağını proqnozlaşdırır. Trend-in məlumatınba görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Britaniyanın BP şirkətinin baş iqtisadçısı Lev Fraynkman bildirib.

Onun sözlərinə görə, enerji resuslarına olan tələbatın artımı əsasən elektrik enerjisi sektoru tərəfindən istehlakın artması ilə şərtləndirilib.Bu isə, öz növbəsində sənayenin inkişafı və elektrik enerjisinə tələbatın artımı ilə izah olunur. Əsasən də enerji resurslarlarına tələbatın artımı inkişaf edən ölkələrdə olacaq.

Fraynkmanın sözlərinə görə, qarşıdakı 20 il ərzində şist karbohidrogen yataqlarının işlənməsi ilə əlaqədar olaraq neft və qaz hasilatında əhəmiyyətli artımın olacağı gözlənilmir.

Bu istiqamətin inkişafı ilə əlaqədar olaraq, xüsusilə də OPEK ölkələri daxil olmaqla ənənəvi olaraq neft və qaz hasilatı ilə məşğul olan ölkələr bazarda balansı saxlamaq məqsədilə hasilatı aşağı salmağa məcbur olacaqlar.

Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına baxmayaraq, 2030-cu ilə qədər enerji istehlakının ümumi payında enerjinin bu növlərinin payı cəmi altı faiz təşkil edəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri