Azərbaycanda avtomobil benzininin istehsalı artıb


Azərbaycanda 2020-ci ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 539,1 milyon manat olmaqla əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 11,3 faiz artıb.

Neft məhsullarından sürtkü yağlarının istehsalı 2,2 dəfə, yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumunun istehsalı 24,3 faiz, avtomobil benzininin istehsalı 15,1 faiz, dizel yanacağının istehsalı 9,5 faiz artıb, neft koksunun istehsalı 1,2 faiz, ağ neftin istehsalı 3,3 faiz, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,9 faiz azalıb.

Qeyd olunan müddət ərzində kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 184,7 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 19,5 faiz, əczaçılıq məhsullarının istehsalında 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 3,6 faiz artıb.

Əsas kimya məhsullarından metanol istehsalı 34,4 faiz, propilen istehsalı 17,9 faiz, etilen istehsalı 16,1 faiz artıb. Rezin və plastik kütlə məmulatlarından plastik boruların istehsalı 6,0 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,1 dəfə artıb.



Trend
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri