DYP: Bakıda 21 avtomobil xüsusi karantin rejimini pozub
- 05.04.2020, 20:58,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda bu gün karantin rejiminin yoxlanması ilə bağlı 500-dən çox avtomobil saxlanılıb.
Live.az-ın məlumatına görə, bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, Bakıda hazırda 40-dan çox yoxlanma-buraxılma məntəqələri yaradılıb:
"Sevindirici haldır ki, 500 avtomobildən yalnız 21-də xüsusi karantin rejiminin pozulması halı aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol yazılıb".