Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb
- 08.04.2020, 17:53,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bu gün ölkədə 3 000-dən çox müayinə aparılıb və bununla da 53 mindən çox test icra olunub".
LİVE.az report-a istinadla xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gəncə və Naxçıvanda laboratoriyalar fəaliyyətə başlayıb: "Gələn həftə Şəki və Sumqayıtda da yeni laboratoriyalar açılacaq".
R.Bayramlı bildirib ki, hazırda 105 koronavirusa yoluxma arasında Naxçıvanda aşkarlanan hallar da var.
TƏBİB rəsmisi ölkədə koronavirusa yoluxmuş xəstələrin 2 yaşdan 89 yaşa kimi olduğunu bildirib: "Gənclər arasında da xəstəliyi ağır keçirənlər var".