Zeynal Nağdəliyev: “Bu seçkilərdə məntəqələrin 20 faizində səsverməni internet vasitəsilə canlı izləmək mümkün olacaq”
- 29.07.2013, 12:20,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bəzi qüvvələr başqa ölkələrdə olduğu kimi seçki prosesinin özbaşına buraxılmasını istəyirlər”.
APA-nın məlumatına görə, bu fikirləri dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib.
Z. Nağdəliyev deyib ki, Azərbaycanda seçkilərin demokratik şəkildə keçirildiyi həm ölkə, həm də dünya ictimaiyyətinə məlumdur. O, DSK-larda monitorinq keçirildiyini, çatışmazlıqların MSK ilə birlikdə aradan qaldırılacağını söyləyib: “Məntəqə seçki komissiyalarında ola biləcək problemlər aradan qaldırılıb, səsvermə üçün daha geniş otaqların ayrılmasına, seçici siyahılarını dəqiqləşdirməyə çalışmışıq. Seçici siyahılarımız bütün ölkələrə nümunə ola bilər. Çalışmışıq ki, heç bir seçici kənarda qalmasın və hüququ pozulmasın. Artıq bununla bağlı şikayət daxil olmur. Ancaq bəzi hallarda beynəlxalq təşkilatlar Azərbaycan qanunlarını öyrənmədən, yerli reallıqları bilmədən saxta hesabatlar hazırlayırlar. İstəyirlər ki, başqa ölkələrdə olduğu kimi bu iş özbaşına buraxılsın. Yerli seçki orqanlarına seçici siyahılarının düzgün hazırlanmasına dair birbaşa tapşırıq verilib”.
Z. Nağdəliyev qeyd edib ki, ötən seçkilərdə məntəqələrin 10 faizində seçkilərin gedişini internet vasitəsi ilə izləmək mümkün idisə, qarşıdan gələn prezident seçkilərində bu rəqəm 20 faizə qaldırılacaq: “Azərbaycanda seçkilər şəffaf keçirilməlidir. Bizim hazırlığımız da buna imkan verir. Seçicinin adı siyahıda olmasa, sonuncu günə kimi öz adını siyahıya əlavə etdirə bilər. Dünyanın bir çox inkişaf etmiş ölkələrində belə imkan yoxdur. Elə etməliyik ki, hamı yüksək peşəkarlığın şahidi olsun. Dünya görsün ki, Azərbaycanda seçkilər necə demokratik, şəffaf, ədalətli keçirilir”.