Elman Rüstəmov Erkin Qədirlinin sorğusuna cavab verib



“Azərbaycan höküməti və Azərbaycan Mərkəzi Bankının (AMB) koordinasiya olunmuş fəaliyyəti nəticəsində valyuta bazarında tarazlıq təmin edilir, inflyasiya elan edilmiş hədəf çərçivəsindədir”.

LİVE.az Report-a istinadla xəbər veirr ki, bunu AMB-nin sədri sədri Elman Rüstəmov Milli Məclisin üzvü Erkin Qədirlinin sorğusuna yazdığı cavab məktubunda bildirib.

Baş bankir cavabında təmsil etdiyi qurumun həyata keçirdiyi siyasətin qiymət sabitliyini hədəflədiyini də açıqlayıb:

“AMB makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması vasitəsilə iqtisadi artım və sosial rifaha dəstək verir. Bu məqsədlə pul siyasəti çərçivəsində əsasən işgüzar mühitin, sosial sabitliyin və rəqabət qabiliyyətinin mühüm elementi olan qiymət sabitliyi hədəflənir. Pul siyasəti üzrə qərarlar qəbul edilərkən iqtisadi dinamikaya və xüsusi qiymətlər sabitliyinə təsir edən başlıca xarici və daxili amillər diqqət mərkəzində saxlanılır.

Cari ildə qiymət sabitliyinə mühüm təsir göstərən xarici mühitdə ciddi dəyişikliklər baş verib. Son ilə ticarət müharibələri dezinteqrasiya meylləri ilə bağlı qlobal iqtisadi aktivlikdə müşahidə edilən səngimə prosesi 2020-ci ildə sürətlənib, dünya maliyyə və əmtəə bazarlarında dəyişkənlik əhəmiyyətli artıb. Koronavirusun yayılmasının qlobal iqtisadiyyata mənfi təsirlərinin atdığı şəraitdə əsas neft ixracatçıları arasında hasilatın həcmi barədə fikir ayrılığı neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olub.

Məlum olduğu kimi hökümətin və AMB-nin yaranmış vəziyyətə adekvat preventiv tədbirləri barədə ictimaiyyətə ətraflı məlumat verilməkdədir. Azərbaycan höküməti və AMB-nin koordinasiya olunmuş fəaliyyəti nəticəsində valyuta bazarında tarazlıq təmin edilir və inflyasiya elan edilmiş hədəf çərçivəsindədir.

Qlobal iqtisadiyyatdan gələn qeyri-monetar şokun həm ölkədaxili tələbə, həm də təklifə mənfi təsirləri AMB-nin qiymət və maliyyə sabitliyi ilə iqtisadi aktivlik və məşğulluğun dəstəklənməsi arasında balanslı mövqe tutmasını şərtləndirir. Son illər ölkədə yaradılmış iqtisadi və maliyyə potensialı qeyd olunan məqsədlər toplusunu optimallaşdırmaq üçün yetərli səviyyədədir.

Bundan sonra yaranmış vəziyyətə adekvat götürülən tədbirlər barədə ictimaiyyətin ətraflı məlumatlandırılması təmin ediləcək”.


Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri