Avropa İttifaqı 540 milyard avroluq dəstək paketini razılaşdırıb




Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirləri videokonfrans yolu ilə şirkətləri və onların işçilərini koronavirusun təsirlərindən qoruyacaq 540 milyard avroluq dəstək paketi barədə razılığa gəliblər.

Bu barədə Avro Qrupunun prezidenti Mario Centeno məlumat verib.

Onun sözlərinə görə, bu vəsaitin 100 milyard avrosu məşğulluğu qorumaq üçün sərf olunacaq. Belə ki, qısamüddətli iş proqramlarına maddi dəstək veriləcək.

Avropa İnvestisiya Bankı isə bir sıra müəssisələrə 200 milyard avro dəyərində zəmanət verməyi planlaşdırır.

Bundan başqa, 240 milyard avroluq “Epidemik Böhrana Dəstək” kredit proqramı da reallaşdırılacaq. Bu proqram çərçivəsində koronavirusun müalicəsi üçün səhiyyə sektoru dəstəklənəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri