Bakıda zərərli qazların emissiyası azalıb
- 10.04.2020, 17:31,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Karantin rejimi ilə əlaqədar nəqliyyat vasitələrinin sayında müşahidə olunan azalma paytaxtın ekoloji durumuna müsbət təsir etməkdədir".
Bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, son bir ayda paytaxtda havanın çirklənməsində (zərərli qazların emissiyasında) xeyli azalma müşahidə olunur: "Xüsusi karantin rejimi çərçivəsində hərəkətə tətbiq edilən məhdudiyyətlər havadakı zərərli qaz və tulantıların həcminin azalmasına səbəb olub. Paytaxtın bəzi küçə və prospektlərindəki svetoforlarda quraşdırılan hava keyfiyyəti sensorların qeydə aldığı nəticələrə görə, yeni il tətili günlərində Bakı şəhərinin havasında PM2.5 sərt hissəciklərdə azalma 27% olubsa, koronavirusla bağlı tədbirlər zamanı bu azalma 50% təşkil edib".
M.Ağayev əlavə edib ki, PM10 sərt hissəcikləri isə yeni il tətilində 50%-ə, karantin rejimində 70%-ə enib: "Karbon monoksid yeni ildə 40%, karantin rejimində 60% azalıb. Azot dioksidinin həcmində də azalma müşahidə olunur - yeni ildə 20%, karantin rejimində isə 40% azalma olub. Metan qazının yeni ildə 30%-ə qədər azalan həcmi karantin rejimində 45%-ə qədər azalıb. Oxşar tendensiya kükürd oksidinin həcmində də qeydə alınıb. Azalma yeni ildə 70%, karantin rejimində isə 90% təşkil edib".
Report