Karantin qaydalarına zidd olan 47 min icazə ləğv edildi
- 11.04.2020, 18:30,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Karantin rejimi qaydalarına zidd olduğu üçün icazə-e-gov.az portalından ləğv edilən icazələrin sayı açıqlanıb.
LIVE.az Report-a istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, icazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv edilib.
Qeyd edək ki, aprelin 10-dan karantin rejimi qaydalarına zidd olan icazələrin portaldan avtomatik rejimdə ləğv edilməsinə başlanılıb.