İtaliya A Seriyası mayda bərpa oluna bilər - RƏSMİ AÇIQLAMA
- 13.04.2020, 19:53,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Daha öncə dediyimi təkrar etməliyəm: İdmançıların sağlamlığına dair zəmanət olanda yenidən başlaya bilərik”.
LİVE.az Report-a istinadla xəbər verir ki, bu fikirləri İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin "Sky TV"yə A Seriyasının bərpası ilə bağlı açıqlamasında deyib.
"Skype" vasitəsilə canlı yayıma qoşulan funksioner bildirib ki, mayın əvvəlində oyunçuları koronavirusa görə test etmək istəyirlər: “Bundan sonra mövsümün qaldığı yerdən davam etməsi ilə bağlı hazırlıqlara başlayacağımıza ümid edirəm. Ümidvaram ki, mümkün olan ən qısa zamanda başlayacağıq. Çempionatı başa çatdırmaq üçün hər hansı müddət yoxdur, amma mövsümü yekunlaşdırmalıyıq. Bunu edə bilməsək, mənfi nəticələr üzə çıxacaq”.
Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.