Koronavirus pandemiyasının iki il əvvəl açıqlandığı film üzə çıxdı
- 14.04.2020, 14:28,
- Dünya / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Cənubi Koreyada “Netflix”də 2018-ci ildə nümayiş etdirilmiş "Terius mənim arxamda" serialında koronavirus epidemiyası haqqında əvvəlcədən xəbər verilib.
LIVE.az report-a istinadla xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Nəşr qeyd edib ki, hazırkı epidemiyanın serialda təsvir edilmiş epidemiya ilə qorxulu oxşarlığı var. Belə ki, serialda 10-cu saniyədəki epizodda tənəffüs sisteminə və ağciyərə hücum edən ölümcül xəstəliyin adı çəkilir.
Filmdəki epizodlardan birində həkim deyir: "Koronavirus tənəffüs sistemini zədələyir. Hər şeydən pisi odur ki, onun inkubasiya dövrü iki gündən iki həftəyə qədərdir".
Bu halda əlavə edilir ki, virus beş dəqiqə ərzində ağciyəri zədələyir.
O ki qaldı müalicəyə, həkim cavab verir ki, onun nə vaksini, nə də dərmanı var.
Bundan sonra infeksiyanın yayılmasının qarşısının alınması üçün qaydaların, o cümlədən əllərin yuyulması izah edilir.
Ancaq serialda koronavirus real həyatda olduğundan daha çox yoluxucudur.
Qeyd edək Britaniya kəşfiyyatı aprelin 5-də koronavirusun yayılması ilə bağlı iddia ilə çıxış edib. Birləşmiş Krallığın xüsusi xidmət orqanının iddiasına görə, infeksiya dünyaya laboratoriyadan sızıb.