Bakı-İstanbul aviareysini yerinə yetirən təyyarə texniki nasazlıqla əlaqədar yenidən aeroporta qayıdıb
- 29.07.2013, 12:48,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün saat 07:50-də «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) 087 saylı Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) aviareysini yerinə yetirən təyyarə havaya qalxandan sonra yaranmış texniki problemlə əlaqədar yenidən Bakı aeroportuna qayıdıb.
AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin APA-ya verdiyi məlumata görə, təyyarədə üzə çıxan texniki nasazlıq artıq aradan qaldırılıb və bu reys üzrə uçuş saat 11:00-da yerinə yetiriləcək.
Xatırladaq ki, sözügedən aviareys üzrə uçuş AZAL-ın yeni aldığı «Embraer-190» təyyarəsi ilə yerinə yetirilir.
Qeyd edək ki, bu ilin iyul ayında AZAL Braziliya istehsalı olan iki «Embraer-190» təyyarəsi alıb. İlin sonunadək aviaşirkət daha iki «Embraer-190» və iki «Embraer-170» təyyarəsi alacaq.