“Goldman Sachs”: Avropanın hazırkı böhrana cavabı daha böyükmiqyaslı olmalıdır




İnkişaf etmiş ölkələrin ÜDM-i bu ilin ikinci rübündə koronavirusun yayılması ilə əlaqədar olaraq ilin ilk üç ayı ilə müqayisədə 35% azala bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Goldman Sachs” investisiya bankının baş iqtisadçısı Yan Hatsiusun hesabatında deyilir.

Onun sözlərinə görə, bu tənəzzül 2008-ci ildə qlobal maliyyə böhranının qızğın dönəmində qeydə alınan ÜDM-in öncəki rekord azalma göstəricisindən 4 dəfə yüksək olacaq. Y.Hatsius qeyd edib ki, iqtisadiyyatların bu şokdan nə qədər tez özünə gələcəyini proqnozlaşdırmaq çətindir, çünki müxtəlif ölkələrdə koronavirus pandemiyası səbəbi ilə müəssisələrin fəaliyyətinə qoyulan məhdudiyyətlərin nə zaman aradan qaldırılacağı məlum deyil.

“Koronavirusa yoluxma hallarının azalması sosial məsafə üzrə tədbirlərin və iqtisadi fəallığın azalmasının birbaşa nəticəsidir, buna görə də insanlar işə qayıtdıqda vəziyyət kökündən dəyişə bilər”, - iqtisadçı bildirib.

O eyni zamanda Avropanın hazırkı böhrana reaksiyasının daha genişmiqyaslı olmasının və özündə maliyyə yükünün azaldılmasını və Avrozonanın qorunması üçün daha böyük sadiqlik ehtiva etməsinin zəruriliyini vurğulayıb. Y.Hatsius onu da əlavə edib ki, inkişaf etməkdə olan ölkələr böhranın öhdəsindən gəlmək üçün varlı dövlətlərdən yardıma ehtiyac duyacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri