Dünyada koronavirusa yoluxanların sayı 2 milyonu ötdü


Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 2 milyonu ötüb.

LİVE.az “Worldometers”ə istinadən xəbər verir ki, hazırda 2,000,313 nəfərin koronavirus testləri pozitiv nəticələnib, 126,760 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 484,754 nəfərə çatıb.

Günün (15 aprel) əvvəlinə təsdiqlənmiş yoluxma hallarına görə dünyada ilk sırada ABŞ qərarlaşıb. Burada 614 211 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 26 064 nəfərdir.

Avropada isə virusa yoluxanları sayına görə birinci yeri İspaniya tutur – 174 060 yoluxma və 18 255 ölüm.

İtaliyada isə 162 488 nəfər yoluxub, 21 067 nəfər dünyasını dəyişib.

Almaniyada 132 210 yoluxma və 3 495 ölüm, Fransada 143 303 yoluxma və 15 729 ölüm, Böyük Britaniyada 93 873 yoluxma və 12 107 ölüm faktı qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 65 111 nəfər yoluxub, 1 403 nəfər ölüb. İranda isə 74 877 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 4 683 nəfər pandemiyanın qurbanı olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri