"Formula 1": Azərbaycan Qran-prisi sentyabrda keçirilə bilər



"Formula 1"in idman direktoru Ross Braun 2020-ci il mövsümündə fövqəladə hallar üçün planlar hazırlayıb.

Live.az-ın məlumatına görə, bunu "Auto-Motor Sport"a istinadən yazıb. Cari mövsüm üçün 8 - 19 Qran-prinin təşkili nəzərdə tutulub. Real təqvim isə özündə 15 mərhələni əks etdirir. Hazırda iyunun 28-nə nəzərdə tutulmuş Fransa Qran-prisinin də təxirə salınması gündəmdədir. Bu səbəbdən, mövsümə iyulda Avstriya və ya Böyük Britaniyada başlanılacaq. Avqustda Macarıstan, Niderland, Belçika və ya İtaliyada olmaqla, 3 Qran-pri nəzərdə tutulub. Lakin Niderland "Formula 1" təqviminə yenidən qayıdığını azarkeşsiz qeyd etməyəcəyini bildirib.

Avropadan sonra diqqətlər şərqə yönələcək. Sentyabrda Sinqapur, Rusiya və təxirə salınmış Azərbaycan Qran-prisinin təşkili gerçəkləşə bilər. Oktyabrda Yaponiya, Vyetnam və Çin Qran-priləri gözlənilir. Noyabrda növbə ABŞ, Meksika və Braziliyaya yetişəcək. Mövsümə isə dekabrda Bəhreyn və Abu Dabi Qran-priləri ilə yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda nəzərdə tutulmuşdu.
Şərhlər
İdman bölməsinin xəbərləri