İran Arazın suyunu Urmiya gölünə axıtmağa başlayıb

İyulun 27-də İranın Şərqi Azərbaycan vilayətinin qərbində yerləşən Culfa şəhərində Araz çayının suyunun Urmiyə gölünə axıdılması layihəsinin icrasına başlanılıb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, mərasimdə İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi də iştirak edib. O, çıxışı zamanı bildirib ki, Araz çayının suyunun Urmiya gölünə çatması ilə hövzə kifayət qədər su ilə təmin olunacaq: “Bu layihə çox böyük layihədir. Layihənin qısa zamanda reallaşdırılması üçün səy göstərilməlidir”.

Qeyd edək ki, layihədə məqsəd 22 şəhər və 286 kənddə əhalinin suya olan tələbatını ödəmək, Urmiya gölünü lazımi miqdarda su ilə təmin etmək və layihə ərazisində əkin sahələrinin müasir metodlarla suvarılmasına şərait yaratmaqdan ibarətdir.
Şərhlər
Dünya bölməsinin xəbərləri