Operativ Qərargah: Karantin rejiminin aradan qaldırlması istiqamətində tədbirlər planı hazırlanır
- 15.04.2020, 17:29,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Karantin rejiminin sonlandırılması istiqamətində tədbirlər planını hazırlayırıq”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı bildirib ki, tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir: “Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir. Amma karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil. Bu ikinci dalğa yoluxmaya səbəb ola bilər”.
APA