Azərbaycana koronavirus testlərinin hansı ölkələrdən gətirildiyi açıqlandı
- 16.04.2020, 11:49,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Nə qədər çox test edilsə xəstəlik vaxtında aşkar edilə bilər. Hazırda Azərbaycanda 18 laboratoriya mövcuddur. Halbuki bu say 2 idi".
Live.az "Report"a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı REACT-C19 layihəsinin təqdimatında deyib.
O bildirib ki, bu sistem mütəmadi şəkildə monitorinq olunur.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə əlavə edib ki, ölkədə istifadə olunan testlər Almaniya və Avropa istehsalıdır: "Çox test edirik, amma az xəstə aşkarlanır. Bu da sevindiricidir. Test etmək imkanlarımız çox genişlənib".