Dünyada koronavirusa yoluxanların sayı 2,1 milyonu keçdi
- 16.04.2020, 22:09,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünyada koronavirusdan 523 932 nəfəri sağalıb, 136 048 nəfər isə virusdan ölüb.
Indiyədək 2 100 149 nəfərə COVID-19 diaqnozu qoyulub.
Ən çox yoluxma halları ABŞ (644 417), İspaniya (182 816) və İtaliyada (165 155) qeydə alınıb.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 69 392 nəfər yoluxub, 1 518 nəfər ölüb. İranda isə 77 995 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 4 869 nəfər pandemiyanın qurbanı olub.
Qeyd edək ki, aprelin 15-nə olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 1 253-dür. İndiyədək ölkəmizdə 13 nəfər virusun qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirusdan 523 932 nəfəri sağalıb, 136 048 nəfər isə virusdan ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.