«Azər-Türk Bank» nizamnamə kapitalını 50 mln. manata çatdıracaq
- 29.07.2013, 12:50,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
«Azər-Türk Bank» ASC-nin bu yaxınlarda keçirilən Səhmdarlarının Ümumi Yığıncağında bankın nizamnamə kapitalının 50 mln. manata qədər artırılması barədə qərar qəbul edilib. Bankdan APA-ya verilən məlumata görə, bu toplantıda bankın mövcud təşkilati strukturunun dəyişdirilməsi və biznes proseslərin təkmilləşdirilməsi üzrə də qərar qəbul olunub.
Xatırladaq ki, həmçinin, iyunun 28-də İstanbulda keçirilən Müşahidə Şurasının iclasında bankın proqram təminatının dəyişdirilməsi barəsində qərar qəbul edilib. Bu, bankın müştərilərə müasir xidmətlərin göstərilməsi, filialların effektiv idarə olunması, məhsul çeşidinin artırılması və s. istiqamətlər üzrə daha təkmil və rahat fəaliyyətini təmin edəcək.
Qeyd edək ki, «Azər-Türk Bank» ASC bütün növ bank məhsulları və xidmətləri təklif edir. Bank aşağı faizli kreditlər verməklə digər maliyyə qurumlardan seçilir.
«Azər-Türk Bank» ASC 1995-ci ildə təsis edilib. Bankın səhmdarları rolunda «T.C. Ziraat Bankası A.Ş.», «Aqrarkredit» bank olmayan kredit təşkilatı, «Ziraat Bank International AG» və «Turanbank» ASC çıxış edir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynayır.