ÜST rəsmisi: "Biz hələ də fırtınanın ortasındayıq"
- 16.04.2020, 22:20,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyə, Ukrayna, Belarus, Böyük Britaniya və Rusiyada koronavirusa yoluxma hallarının artdığını, qarşıdan gələn həftələrin infeksiyanın yayılması baxımından həlledici olacağını bildirib.
“LİVE.az məlumat verir ki, bunu report deutsche welle-yə istinadən xəbər verir ki, bu barədə ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge keçirdiyi mətbuat konfransında məlumat verib.
O, bəzi bölgələrdə yoluxma hallarının azaldığını, bəzilərində isə hələ də yüksəldiyini vurğulayıb.
H.Kluge koronavirusla mübarizədə hələ də qələbə əldə edilmədiyini vurğulayıb: “Xətaya yol verməyin. Yaz havasına baxmayaraq, biz hələ də fırtınanın ortasındayıq”.
ÜST rəsmisi normal həyata dönüləcək vaxtın məlum olmadığını da qeyd edib.