Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-ə yaxın artırıb
- 16.04.2020, 22:25,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 47 743,3 milyon ABŞ dolları təşkil edib.
Live.az report-a istinadla xəbər verir ki, bunun 86,6%-i və yaxud 41 349,5 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 13,4%-i və yaxud 6 393,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 838 milyon ABŞ dolları və yaxud 3,7% azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 973,8 milyon ABŞ dolları və yaxud 4,55% azalma, AMB-nin valyuta ehtiyatlarında isə 135,8 milyon ABŞ dolları və yaxud 2,2% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 691,4 milyon ABŞ dolları və yaxud 3,7% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 076,2 milyon ABŞ dolları və yaxud 2,7%, AMB-nin valyuta ehtiyatları isə 615,2 milyon ABŞ dolları və yaxud 10,65% artım nümayiş etdirib.
| ARDNF-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
01.04.2020 | 41 349,5 | 6 393,8 | 47 743,3 |
01.01.2020 | 43 323,3 | 6 258,0 | 49 581,3 |
01.10.2019 | 42 524,4 | 6 034,1 | 48 558,5 |
01.07.2019 | 42 463,7 | 5 939,4 | 48 403,1 |
01.04.2019 | 40 273,3 | 5 778,6 | 46 051,9 |