Avropa İttifaqında avtomobil satışları 55% azalıb
- 17.04.2020, 13:26,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin mart ayında Avropa İttifaqında (Aİ) yeni avtomobillərin satışı koronavirus (COVID-19) pandemiyasının təsiri ilə illik müqayisədə 55,1% azalaraq 567 308 ədədə düşüb.
LIVE.az Report-a istinadla xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) məlumat yayıb.
Məlumata görə, Aİ-na üzv ölkələr arasında ən çox azalma İtaliyada qeydə alınıb - 85,4%. Növbəti pillələrdə 72% azalma ilə Fransa və 69,3% azalma ilə İspaniya qəralaşıb.
Ötən ay Avropada ən çox avtomobil satışını 164 653 ədədlə “VW Group” reallaşdırıb. Onu 68 816 ədədlə “PSA Group” və 55 663 ədədlə “Renault Group” izləyib.