Gömrükdən "avtomobil" açıqlaması



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus (COVID-19) infeksiyasını qlobal pandemiya elan etdiyini nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə digər ölkələrə səfərlər, eləcə də qonşu ölkələrlə sərhədkeçmə müvəqqəti olaraq məhdudlaşdırılıb.

LIVE.az “Report”a istinadla xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, pandemiya ilə əlaqədar aprel 5-dən 20-nə qədər yükdaşımalar istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb.

Yuxarıda qeyd edilənləri və mövcud pandemiyanın fors-major hal yaratdığını nəzərə alaraq, xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti xüsusi karantin rejimi zamanı bitən minik nəqliyyat vasitələrinin ölkə daxilində idarə olunmaması və həmin nəqliyyat vasitələrinin, gömrük nəzarəti altında saxlanılması mümkün olmadıqda, yaşadığınız ərazidə saxlanılması zəruridir.

Karantin rejimi bitdikdən sonra xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti bitmiş minik nəqliyyat vasitələri ölkə ərazisini tərk etməlidirlər və bununla bağlı karantin rejimi nəzərə alınmaqla həyata keçiriləcək tədbirlər barədə əlavə məlumat veriləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri