“Visa” Azərbaycanda təmassız ödəmə limitini 60% artırdı“Visa”beynəlxalq ödəmə texnologiyası şirkəti Azərbaycanda təmassız (contactless) kartların ödəmə limitini 30 manat yaxud 60% artırıb.
LIVE.az xəbər verir ki, bu barədə mediaya şirkətdən məlumat verilib.
Məlumata görə, qeyd edilən limit 50 manatdan 80 manata çatdırılıb.
Məsələ ilə bağlı şərh verən “Visa” şirkətinin Qafqaz ölkələri üzrə regional meneceri Kristina Doroş deyib ki, Azərbaycanda 30%-ə qədər ödənişlər təmassız kartlar vasitəsi ilə aparılır:
“Təmassız ödənişlərin üstünlüyü ilk növbədə onların sürətli olması, rahatlığı və sadəliyindədir. Azərbaycanda aparılan əməliyyatların 27%-dən çoxu artıq təmasız ödəniş vasitələrindən istifadə etməklə həyata keçirilir və biz başa düşürük ki, indi bu ödəmə növü daha çox tələb olunur. Buna görə “Visa” insanlar üçün ən uyğun dəyişikliklər edir".
Qeyd edək ki, təmassız ödəniş zamanı POS-terminallarda PİN-kod yığılması tələb olunmur.
Xatırladaq ki, “Visa” və “MasterCard” Azərbaycan kommersiya banklarından 2019-cu ilin aprelindən etibarən buraxılan plastik kartlarda təmassız ödənişlərin mümkün olması ilə bağlı tələb irəli sürüb. Hesablamalara görə, 2022-ci ilin əvvəlindən artıq bütün plastik kartlarda təmassız ödəniş funksiyası olacaq.
///
“Visa” Mərkəzi Banka müraciət etdi
“Biz Azəbaycan Mərkəzi Bankına banklara təmassız (contactless) kartların ödəmə limitin yüksəldilməsini təmin etməsinə imkan verəcək normativ sənədlərə dəyişikliklərin həyata keçirilməsi imkanlarına baxılması xahişi ilə müraciət etdik”.
Bunu “Visa” şirkətinin Qafqaz ölkələri üzrə regional meneceri Kristina Doroş təmassız ödənişlərlə bağlı limitin 50 manatdan 80 manata artırılmasını şərh edərkən deyib.
K.Doroşun sözlərinə görə, limitin artırılması şəffaflığa müsbət təsir edə bilər:
“Biz hökumətlərin və nağdsız ödənişlər sənayesinin limitinin yüksəldilməsi imkanlarının təmin etməsinə dəstəyini yüksək qiymətləndiririk. Belə ki, hazırda limit Mərkəzi Bankın normativ sənədlərində təsdiq edilib. Biz tənzimləyiciyə banklara limitin yüksəldirməsini təmin etməsinə imkan verəcək tövsiyə olunan dəyişikliklərin həyata keçirilməsi imkanlarına baxılması xahişi ilə müraciət etdik. Növbəti addım – pərakəndə satış və bankların nümayəndələri ilə satış nöqtələrində zəruri texniki dəyişiklikləri həyata keçirmək üçün sıx əməkdaşlıqdır”.
Qeyd edək ki, “Visa” rəqəmli kart üzərindən smartfonlar və smart-telefonlarla təmassız ödəmələrdə istənilən vəsaitin tranzaksiyasi zamanı PİN-kodun yığılması tələb olunmur.
Eyni zamanda “Visa Easy Payment” xidməti ilə təmassız ödəmələrin rahatlığı bütün növ ödəmələr arasında fırıldağın ən aşağı səviyyədə olması ilə fərqlənir. Təmassız ödəmələrin geniş yayıldığı ölkələrdə satış nöqtələrində fırıldaqçılığın göstəriciləri daim aşağıdır.