ABŞ neftinin qiyməti mənfiyə düşüb

Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb.


Axşam saatlarında bu markalı neftin bir barelinin qiyməti -13,98 ABŞ dollarına enib.


Neftin qiyməti tarixdə ilk dəfə olaraq mənfiyə düşüb. ABŞ neftinin bu həddə ucuzlaşmasının səbəbi anbarların dolması və şirkətlərin artıq həcmləri saxlaya bilməməsidir.


“Brent” markalı neft isə 8%-dək geriləyərək, 26 ABŞ dolları/barelə düşüb.


Qeyd edək ki, bu, son 21 ilin ən aşağı göstəricisidir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri