Çempionlar Liqası matçlarının yeni tarixi müəyyənləşdi


UEFA koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Çempionlar Liqası matçları ilə bağlı qərarını verib.

LİVE.az-ın məlumatına görə, bu barədə report "Corriere dello Sport'" nəşrinə istinadən xəbər verir ki, qitənin bir nömrəli klub turnirində 1/8 final mərhələsinin oyunları tamamlandıqdan dərhal sonra 1/4 finalın püşkü atılacaq.

İddiaya görə, bu mərhələnin qarşılaşmaları 11 - 15 avqustda, yarımfinal görüşləri 18 - 22 avqustda olacaq. Final matçının isə avqustun 29-da baş tutacağı bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmalarından "Yuventus" (İtaliya) - "Lion" (Fransa) (ilk oyun - 0:1), "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) (ilk oyun - 2:1), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) (ilk oyun 1:1) və "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) (ilk oyun - 3:0) matçları pandemiya səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınıb.
Şərhlər
İdman bölməsinin xəbərləri