Parisdə küçələrin yuyulmasında istifadə edilən suda koronavirus aşkarlandı
- 21.04.2020, 17:12,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransanın paytaxtı Parisdə küçələrin yuyulmasında, həmçinin park və bağçaların sulanmasında istifadə edilən içməyə yararsız suda “koronavirus izləri” tapılıb.
LIVE.az məlumat verir ki, report euronews-a istinadən xəbər verir ki, bunu paytaxtın səlahiyyətli nümayəndələri bildiriblər.
Məlumata görə, Parisdə 27 fərqli yerdən alınan nümunələr laboratoriyada incələnib. Sonda 27 nümunədən 4-də koronavirusun izləri aşkarlanıb.
Bununla bağlı şəhərin su idarəsi sözügedən mənbələrə su axınını dayandırıb, ancaq içməli suda riskin olmadığı vurğulanıb.
Qeyd olunub ki, Parisdə içməli su fərqli nöqtələrdən təmin edilir.